XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 16:10

Avropa İttifaqı ilə Azərbaycan təhlükəsizlik dialoqu keçirəcək –Bakıda

Oktyabrın 29-30-da Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas bildirib ki, Bakıda keçiriləcək ilk dialoqda Avbropa İttifaqının Avropa Xarici Tədbirlər Xidmətinin Baş katibi müavini Jan Kristof Belard iştirak edəcək. “Hələlik görüşün gündəmini razılaşdırırıq. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”, o qeyd edib.

Bu ilin fevralında Azərbaycan Xarici İşlər Nazirliyi ilə Avropa İttifaqı arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunub.