XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 21:55

Nikol Paşinyandan maraqlı açıqlama:“Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb”

Ermənistan-Azərbaycan dövlət sərhəddində və Qarabağda təmas xəttində sakitlikdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə əldə edilən razılaşmaların nəticəsidir. Bundan əlavə, Düşənbədə əldə edilən razılaşmalar çərçivəsində Ermənistanla Azərbaycan arasında stabil operativ əlaqə yaradılıb. “Demək olar ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq. Onun tərəfindən göndərilən məlumat da eyni vaxtda bizə çatdırılacaq. Biz birbaşa əlaqəyə çıxırıq, zərurət olduqda yaranmış vəziyyətlə bağlı mənə və Əliyevə məlumat verilir”, – “Arminfo” agentiyi Paşinyandan sitat gətirib.

Qeyd edək ki, rəsmi Bakı bu məlumatı şərh etmir. (Turan)