XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 12:09

Deputatlar icra başçısına görə üz-üzə gəldilər –Sahib Alıyev Fazil Mustafaya cavab verdi

Millət vəkili Fazil Mustafanın Tərtərin icra başçısı Müstəqim Məmmədovun yarıtmaz idarəçiliyinə sərt etirazına sözügedən rayonun deputatı Sahib Alıyevdən cavab gəlib.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa Tərtərin icra başçısını bu region üçün böyük təhlükə adlandırıb:

“Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin “Sərsəng” su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki, “Sərsəng” su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rəğmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.

Strateq.az xəbər verir ki, Fazil Mustafanın bu ittihamlarına Tərtərin deputatı Sahib Alıyev “Şərq”ə açıqlamasında cavab verib. O, həmkarının fikirləri ilə razılaşmadığını deyib:

“Bu, birmənalı şəkildə belədir. Tərtərdə tez-tez oluram. Məsələn, ötən həftə getmişdim. Bu həftə də gedəcəm. Tez-tez gedib, gəldiyim yerdir. Bütün məsuliyyətimlə deyirəm ki, hər getdiyimdə rayonun yaxşılığa doğru dəyişdiyini görürəm. Küçələrin vəziyyəti ilə bağlı deyilənlərə gəlincə, deyim ki, bu rayonun su-kanalizasiya sistemi yenidən qurulur. Özü də işlər yalnız indiki əhalinin sayı deyil, 30 il sonrakı demoqrafik durumu nəzərə alınaraq aparılır. Sistem yenidən qurulursa, təbii ki, müəyyən küçələrdə qazıntı işləri aparılmalıdır. Su-kanalizasiya sistemi elə bir sistemdir ki, onu yuxarı ilə aparmaq olmur. Ona görə də, küçələrin qazılması təbiidir. Bu belədir.

Tərtərin hər bir qarışını gəzən şəxs kimi deyirəm ki, bu rayonda böyük quruculuq işləri gedir. Bir faktı deyim ki, bir zamanlar Tərtərin mərkəzinin belə həsrət qaldığı işıq dirəkləri indi cəbhənin 80, 100 və 200 metrliyində yerləşən küçələrdə gecə-gündüz yanır.

Baxın, hazırda Bakının elə qəsəbələri var ki, orda işıq fasilələrlə verilir. Amma Tərtərdə bu hal qeydə alınmır. Həmin rayondan olan bir millət vəkili kimi və ya Tərtərin hər bir qarışını tanıyan şəxs kimi öz məsuliyyətimlə bildirirəm ki, bu belədir”.