XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 14:27

Böyük Quruluş Partiyası yenidən toplandı –Gündəmdəki mövzular müzakirəyı çıxarıldı

Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP-dən Strateq.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən BQP Siyasi Qurulunun növbəti iclasında ictimai-siyasi vəziyyət, partiyadaxili eləcə də, bir sıra digər məsələlər müzakirə edilib.

Partiya başqanı, Millət vəkili F. Mustafa iclas iştirakçıları qarşısında ictimai-siyasi vəziyyətlə bağlı geniş təhlili məruzə ilə çıxış edib, aidiyyatı üzrə qaldırdığı məsələlər, ölkəmizi təmsil etdiyi beynəlxalq tədbirlər, keçirdiyi görüşlər barədə iclas iştirakçılarını məlumatlandırıb və ona ünvanlanan sualları cavablandırıb.

Siyasi Qurul, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində yayılan məlumatlara münasibət bildirib. Qeyd edilib ki, “İşğalçı dövlət beynəlxalq hüquqa və qəbul edilən konvensiyalara məhəl qoymadan zəbt etdiyi torpaqlardan hər cür məqsədlər üçün istifadə edir və qanunsuz köçürmə siyasəti apararaq, süni demoqrafik vəziyyət formalaşdırmağa cəhd edir. Halbuki, 1949-cu il Cenevrə Konvensiyasına əsasən, işğal edilən ərazilərdə işğalçı ölkənin xeyrinə hər hansı məskunlaşmanın aparılması, infrastruktur layihələrinin reallaşdırılması birmənalı olaraq qadağan edilir. Azərbaycan beynəlxalq hüququn tanıdığı imkanlardan istifadə edərək işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz hərəkətlərinin qarşısının alınmasında israrçı olmalıdır. Qeyd edilən məsələ ilə bağlı beynəlxalq hüquqa əsaslanan sənədin qəbul olunması Ermənistanın Azərbaycanın işğal etdiyi digər ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınmasında da presedent rolunu oynaya bilər”.

İclas, bu yaxınlarda İranda keçirilməsi nəzərdə tutulan “Qarabağ İslam bölgəsidir” adlı beynəlxalq konfransın ləğv edilməsini İranın Ermənistanla həmrəyliyinin daha bir sübutu kimi dəyərləndirib: “KİV-lərdə yayılan məlumatlara görə məhz Ermənistan rəsmilərinin istəyi əsasında adı çəkilən tədbirin ləğv edilməsi İranın islami prinsiplərə zidd siyasət aparmasından əl çəkmədiyini göstərir. İran, gerçək səmimi İslam prinsiplərinə uyğun dövlət olduğunu iddia edirsə, müsəlman qardaşlarının torpaqlarını işğal edən qüvvələrlə həmrəy olmaqdan əl çəkməli, dindaşlarına qarşı həssaslığını ortaya qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü hər fürsətdə dəstəklədiyini nümayiş etdirməlidir”.

Siyasi Qurul Türkiyəni İzmir bölgəsində “Star” zavodunun açılışını iki dövlət arasındakı iqtisadi əməkdaşlıq və qardaşlıq münasibətinin növbəti təzahürü adlandırıb: “Azərbaycanın xarici ölkələrdə reallaşdırdığı ən böyük sərmayəni, həyata keçirdiyi meqalayihəni məhz tarixin sınaqlarından çıxmış, dəyişməz müttəfiqi olan qardaş Türkiyədə reallaşdırması siyasi, iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, həm də iki ölkə arasında münasibətlərin mükəmməl səviyyədə olmasının dünyaya nümayişi baxımından təqdir edilməlidir”.

İclas, ABŞ-ın Yerevandakı səfirinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunun etirafını müsbət qiymətləndirib: “ABŞ-ın Ermənistandakı səfiri R. Millsin “Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq” və “Reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların geri qaytarılmasını tələb edəcək”- deməsi Minsk Qrupunun həmsədr ölkələrindən birinin rəsmisinin dilindən münaqişə tərəflərinin hər ikisinin deyil, haqlı olaraq, məhz işğalçının güzəştə getməli olduğunun birmənalı qeyd edilməsi baxımından əhəmiyyətli hesab edilməlidir”.

Sonda iclas cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.