XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 23:32

Sülhəddin Əkbər:"Ərdoğanın mövqeyi proseslərin sonrakı gedişatına böyük təsir edəcək"

“Camal Xaşuqci hadisəsindən sonra Səudiyyə Ərəbistanına münasibətin necə olacağını indidən demək tezdir. Çünki hazırda bu qətllə bağlı dünyanın bir sıra mərkəzləri arasında siyasi, diplomatik və kəşfiyyat danışıqları aparılır”.

Bu fikirləri politoloq Sülhəddin Əkbər Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsindən sonra yaranan vəziyyət haqqında danışarkən bildirib.

Sülhəddin Əkbər əlavə edib ki, ilkin fikirlərin irəli sürülməsi üçün Türkiyə Prezidenti Ərdoğanın açıqlamalarını gözləmək lazımdır: “Çünki Ərdoğanın həm Kral Salman, həm də Prezident Trampla danışıqlarından sonra hansı açıqlamalar verəcəyi, ortaya hansı mövqe qoyacağı mühümdür. Ola bilsin ki, Ərdoğanın mövqeyi proseslərin sonrakı gedişatına böyük təsirlər göstərsin”.

S.Əkbər deyib ki, Türkiyə hüquq-mühafizə orqanları və kəşfiyyatının apardığı iş nəticəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və xüsusi xidmət orqanları çox ağır vəziyyətə düşüb: “Bir tərəfdən, bu qətlin diplomatik nümayəndəlikdə baş verməsinin, beynəlxalq hüquq normalarının ayaqlar altına atılmasının, digər tərəfdən, bu hərəkətlərin “Vaşinqton Post” kimi nüfuzlu qəzetin məşhur jurnalistinə qarşı edilməsinin, şübhəsiz ki, siyasi, diplomatik, iqtisadi, maliyyə və digər ağır nəticələri olacaq. Amma hansı ölkələrin hansı təpkilər verəcəyi də önəmlidir. Hələlik biz ilkin reaksiyaları müşahidə edirik. Veriləcək reaksiyaların vəliəhd şahzadə tərəfindən necə qarşılanacağı, hansı mərkəzlərin susdurulacağı, hansı mərkəzlərin prinsipial mövqedə dayanacağını gələcək göstərəcək”.

Teleqraf.com