XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 13:12

“Ermənistandakı siyasi sarsıntılar münaqişənin nizamlanması prosesini yavaşıdıb” –Elmar Məmmədyarov

“Azərbaycan münaqişənin mərhələli şəkildə həll olunması prosesini başlamaq məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə substantiv danışıqları davam etdirməyə hazırdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA “Novosti”yə müsahibəsində deyib.

“Bundan əlavə, son vaxtlardakı danışıqların gedişatını izləsəniz, məhz rəsmi Bakının dəfələrlə nəticəyə – Azərbaycan torpaqlarının işğalına sona qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına, ardından isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarəetmənin geniş hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviq edilməsinin vacibliyini bildirdiyini görərsiniz”, – nazir bildirib.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli danışıqlar Azərbaycanın mənalı dialoqa hazır olduğuna bazir nümunədir.

“Təəssüf ki, Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”, – nazir fikrini tamamlayıb/Report.