XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 18:57

Elmar Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri ilə görüşdü –Müzakirə + FOTO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkədə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.

Strateq.az XİN-ə istinadən bildirir ki, Elmar Məmmədyarov Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir həmçinin informasiya-kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Avropa İttifaqı – Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov ölkəmizin “Şərq Tərəfdaşlığı” çərçivəsində iştirakı, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

K.Laanet, öz növbəsində, səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.