XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 19:19

Növbəti Qarabağ mitinqi təyin edildi –Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərildi

Qarabağ Komitəsi növbəti mitinq keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ( BŞİH) müraciət edib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan Qarabağ Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Komitə müraciətində aksiyanın 24 noyabra planlaşdırıldığını göstərib.

Aksiyada “Qarabağa azadlıq!” və başqa şüarların səsləndiriləcəyi gözlənir.

Komitənin bu gün – oktyabrın 24-də keçirilmiş toplantısında bir sıra başqa qərarlar da verilib.

Qarabağ Komitəsi bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib. Təşkilatçılar deyirdilər ki, mitinqin keçirilməsindən məqsədləri Azərbaycanın – Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistanın işğalı altında saxlamasına etiraz etməkdir.