XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 23:15

Elmar Məmmədyarov sudanlı naziri qəbul etdi –Nələr müzakirə edilib?

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Sudan Respublikasının federal hökumət palatasının naziri Hamid Muhamməd Elnur Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirərək, bundan sonra da əlaqələrin daha da möhkəmlənəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Sudanın nümayiş etdirdiyi ədalətli mövqeyə görə sudanlı nazirə təşəkkürünü bildirib.

Nazir Hamid Muhamed Elnur Əhməd səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanın Sudan üçün önəmli ölkə olduğunu qeyd edib və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəyin göstərilməsinin Sudanın prinsipial mövqeyi olduğunu və bu mövqeyin dəyişilməz qalacağını vurğulayıb.

Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdiriməsində maraq ifadə edən Nazir H.M.E.Əhməd Azərbaycanın enerji sahəsində, xüsusilə neft istehsalı sahəsində təcrübəsinin öyrənilməsində istəkli olduqlarını vurğulayıb.

Öz növbəsində Nazir E.Məmmədyarov Azərbaycanın enerji sahəsində Sudanın ehtiyac duyduğu istiqamətlər üzrə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin iki ölkə arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, ictimai xidmətlər və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.