XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 20:00

Ermənistan Boltonun bəyantından narahatdır:“Qarabağla bağlı mərhələli həll variantını qəbul etdirmək istəyirlər”

Ermənistan ictimaiyyəti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ötən gün Yerevanda verdiyi bəyanatı qızğın müzakirə edir.

KİV-də yayılan məlumatlara və sosial şəbəkələrdəki diskussiyalara görə, ermənilər tarixi stereotiplərdən, yəni öz xarici siyasətində erməni soyqırımı faktorundan istifadədən imtina etməklə bağlı Boltonun çağırışını ağır qarşılayıblar. Boltonun Ermənistanı Qərblə yaxınlaşmağa və xarici təzyiqdən, yəni Rusiyanın təsirindən asılı olmamağa çağırması da Ermənistanın maraqlarına təhlükə kimi qiymətləndirilir. Bəzi erməni blogerlər bu çağırışları Amerikanın Ermənistana dini sektalar və seksual azlıqları gətirməklə ermənilərə yalan dəyərləri qəbul etdirmək və milli mədəniyyəti məhv etmək cəhdləri kimi qiymətləndiriblər.

Rusiya silahlarını yox, Amerika silahlarını almaq barədə Boltonun çağırışı diqqəti xüsüsilə cəlb edir. Bu, Ermənistanın yeni hökumətini Moskvanın himayədarlığındam imtina etməyə açıq çağırış kimi dəyərləndirilib. Bütün bu çağırışlar Ermənistan ictimaiyyətini və müşahidəçiləri narahat edir. Onlar hesab edirlər ki, Yerevana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mərhələli həll variantını “qəbul etdirmək istəyirlər” ki, bu da Qarabağ ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutur. “ABŞ-da bilirlər ki, Qarabağla bağlı istənilən məcburiyyət Ermənistanın Rusiyadan asılılığını artıracaq və onu beynəlxalq birlikdən təcrid edəcək ki, bu da Ermənistandakı Rusiyapərəst mövqeyi möhkəmləndirəcək”, – Lragir nəşri yazır. (Turan)