Gürcüstanda prezident seçkilərinin favoriti sayılan müstəqil namizəd Salome Zurabişvili bildirib ki, dövlət başçısı vəzifəsinə seçilərsə, Azərbaycanla strateji tərəfdaşlığı davam etdirəcək.
“Seçkilərin necə başa çatacağını bilmirəm. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və əgər seçilərəmsə, Bakı ilə münasibətlərimizi inkişaf etdrməyə çalışacağam”, – Salome Zurabişvili deyib. (virtualaz.org)