XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 09:21

Sabiq YAP-çı deputat:“Pensiya artmır, özüm pensionerəm...”

“2019-cu ilin büdcə layihəsində neftin qiymətinin 60 dollardan götürülməsi təbiidir”.

Bu barədə iqtisadçı, keşmiş deputat Əli Əlirzayev Azadliq Radiosuna dövlət büdcəsini şərh edərkən bildirib. Onun sözlərinə görə, həmişə “təhlükəsizlik yastığı”nın olması vacibdir.

“Büdcədə neftin qiymətinin bu səviyyədə götürülməsi qiymətin dəyişməsi riski ilə bağlıdır”, – deyə o qeyd edib. Ancaq Əli Əlirzayev güman edir ki, neftin qiyməti gələn il 60 dollardan aşağı enməyəcək.

“Qiymətin qalxması Azərbaycanın maraqlarına cavab verir. Ona görə də istənilən qədər yuxarı götürülsə də, qiymətin enmə təhlükəsi var.”

O, may ayında yenidən büdcəyə baxılacağını xatırladıb: “Qiymətin dəyişməsi hesabına yenidən bölüşdürülmə gedir və təsdiq olunur”.

Əli Əlirzayev bildirib ki, dövlət büdcəsi iqtisadiyyatın müxtəlif aspektlərini özündə əhatə edən sənəddir: “Ona görə neftin 60 dollardan artıq götürülməsi mümkün də deyil. Mənbə olmalıdır, mənbə də gömrük və istehsal olunmuş məhsulun hesabınadır. Bu mənbə artırsa, büdcədə özünü ifadə edir. Hesab edirəm ki, ümumi daxili məhsul (ÜDM) ilə büdcə arasındakı nisbət həmişə gözlənilməlidir”.

Əli Əlirzayev layihədə Milli Məclis və digər dövlət qurumlarının vəsaitlərinin artırılmasını maaşlarla əlaqələndirib: “Yəqin ki, deputatların maaşlarındakı yerdəyişmə ilə bağlıdır, ikinci, xərc strukturuna baxmaq lazımdır. Bu sənəd əlimdə olmadığımdan heç nə deyə bilməyəcəm. Əsas xərc adətən maddi-texniki bazanın zənginləşməsidir, deputatlar üçün əlavə xərclər olur, maaşdan başqa. Ancaq pensiya artmır, mən özüm pensionerəm deyə bunu bilirəm”.