XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 19:35

Köçəryan:“Ermənistanın Qarabağ münaqişəsindən qaçması artıq mümkün deyil”

Ermənistanın keçmiş prezidenti Rober Köçəryan Rusiyanın lenta.ru saytına geniş müsahibə verib.

Köçəryan müsahibəsində Qarabağ məsələsinə də toxunub və baş nazir Nikol Paşinyanı tənqid edib.

“Hesab edirəm ki, erməni tərəfi Qarabağa dair kompleksli və bütöv bir mövqe işləyib hazırlamalıdır. Lakin hazırkı situasiyada bu yoxdur. Yalnız münaqişənin nizamlanması ilə əlaqədar müxtəlif elementlər üzrə qırıq-qırıq mövqelər səslənir , o qədər…”, -Köçəryan bildirib.

Köçəryan bu məsələdə Nikol Paşinyanı günahkar bilir: “O bilir ki, bu olduqca həssas məsələdir. Bəzi bəyanatlarında mən onun problemdən uzaqlaşmaq və bütün yükü Qarabağ (qondarma “DQR” nəzərdə tutulur) üzərinə atmaq istədiyini sezirəm. Lakin bu alınmaz. Ermənistan bu münaqişəyə o dərəcədə daxil olub ki, artıq qaçmaq mümkün deyil. Heç kim, nə həmsdərlər, nə də beyənəlxalq birlik bunu ciddi qəbul etməz”.