XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 20:05

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir –Regiondakı vəziyyəti müzakirə edəcək

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Bageri Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvətilə yaxın vaxtlarda Bakıya gələcək.

İran KİV-in məlumatına görə, M.Bageri yüksək vəzifəli hərbi nümayəndə heyətinə rəhbərlik edir. Nümayəndə heyəti iki gün ərzində İranla Azərbaycan arasında hərbi əməkdaşlıq məsələlərini, əsasən terrorizmə qarşı mübarizə, iki ölkə sərhəddində durum, həmçinin regionda vəziyyətin inkişafını müzakirə edəcəklər.

Azərbaycan tərəfi hələlik bu məlumatı şərh etməyib. (Turan)