XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 04:48

Milli Şura 3 may mitinqi ilə bağlı Hacıbala Abutalıbova müraciət edib

milli-sura-mitinq.jpg

Milli Şura 3 may tarixində “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda “Talana son” şüarı ilə növbəti mitinqini keçirəcək.

Strateq.az bildirir ki, qurumun 25 aprel sessiyasında bu məsələ geniş müzakirə olunub. Artıq mitinqlə bağlı BŞİH-nə müraciət ünvanlanıb.

Bu barədə musavat.com-a məlumat verən Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib ki, Milli Şura mayın 3-də növbəti mitinqini keçirməklə bağlı qərar verib. “Mitinq ənənəvi olaraq, “Məhsul” stadionunda keçiriləcək. Əsas şüar “Talana son” olacaq. “Siyasi məhbuslara azadlıq” və ölkədə demokratik mühitin yaradılması da əsas şüarlardan biri olacaq. Artıq mitinqlə bağlı BŞİH-nə müraciət etmişik. Mitinqə hazırlıq işləri başlayıb. Hazırlıq işləri Milli Şuranın Koordinasiya Mərkəzinin keçən toplantısından start götürüb. Milli Şuranın 25 aprel sessiyasında bu məsələ geniş müzakirə olunub”.

Həm təşkilatı işlərin görülməsi, həm məlumatı işlərin həyata keçirilməsi, həm də sosial şəbəkələr üzərindən müvafiq təbliğat-təşviqat işlərinin aparılması barədə qərarlar qəbul olunub, tapşırıqlar verilib.