XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 11:41

Minsk qrupunun həmsədrləri Xankəndinə gediblər –Saakyanla görüşdən sonra Ağdama, oradan da Bakıya gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, vasitəçilər oktyabrın 30-da Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar apardıqdan sonra Dağlıq Qarabağa yollanıblar.

Minsk qrupunun həmsədrləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 29-da həmsədrlərin bölgəyə səfəri başlayıb. Onlar öncə Yerevanda olub, bir sıra görüş keçiriblər. Onlar oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər. Həmsədrlər daha sonra Bakıya gələcəklər.