XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 18:09

Həmsdər ölkələrin səfirlikləri qarşısında piketlər keçiriləcək –Qarabağ Komitəsi şəhər meriyasına müraciət edib

Qarabağ Komitəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinin qarşısında piket keçirəcək. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu haqda komitənin məlumatında deyilir.

Piketlər noyabrın 8-nə planlaşdırılıb. Aksiyalar saat 11:00-da Fransa səfriliyinin, saat 12:00-da ABŞ səfirliyinin, saat 13:00-da isə Rusiya səfirliklərinin qarşısına keçiriləcək.

Aksiyaların keçirilməsində məqsəd Minsk Qrupu həmsədrlərini Dağliq Qarabağ probleminin tənzimlənməsində daha aktiv fəaliyyətə çağırmaqdır.

Bundan öncə Qarabağ Komitəsi sentyabrın 29-da “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirib və hakimiyyətdən Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qətiyyətli addımlar atmağı tələb edib.

Növbəti mitinq noyabrın 24-nə təyin edilib.

Qarabağ Komitəsi bu ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyaların, elmi konfransların, sərgilərin keçirilməsilə ictimaiyyətin diqqətini daim Qarabağ münaqişəsi üzərində saxlamaqdır.

Komitəyə 17 ictimai birlik və hərəkat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam, Ağ, Milli Demokrat partiyaları, Qarabağ Qaziləri Təşkilatı və fərdi qaydada 13 Qarabağ müharibəsi iştirakçısı daxildir.

(Amerikanın səsi)