XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 13:23

Siyavuş Novruzov:“Hər dəyişiklik o qədər də xeyr gətirmir”

 Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsvirinin təsdiq edilməsi, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının ikinci oxunuşunda deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər.

Modern.az-ın məlumatına görə, bunlara cavab olaraq çıxış edən deputat Siyavuş Novruzov söyləyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir: “Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”. S.Novruzov söyləyib ki, vaxtilə mərhum Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi: Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi (Gürcüstanı nəzərdə tutur).

Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.