XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 13:48

Ziyafət Əsgərov qəzəbləndi:“Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!”

Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təkliflərinə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlərin reklamı yığışdırılıb. Onun sözlərinə görə, Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud filmlərdə də üzərinə “kölgə” salınsın. Z.Əsgərov parlamentin Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: “Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!

Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var…”.