XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 14:15

“Əfqanıstandakı seçkilərdə 56 nəfər həlak olub, 379 nəfər  yaralanıb” –BMT-dən hesabat

 Əfqanıstanda seçkilər dövründəki silahlı toqquşmalar nəticəsində 56 nəfər həlak olub, 379 nəfər  yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Dəstək Missiyasının (UNAMA) bu gün dərc edilən hesabatında bildirilib.

Oktyabrın 20-də ölkənin 32 əyalətinin (Qəzni və Qəndəhar istisna olmaqla) parlamentin aşağı palatasına seçkilərdə iştirak edib. Ayın 21-də 22 əyalətdəki 253 seçki məntəqəsində səsvermə davam etdirilib. Seçki dövründə təkcə paytaxt Kabildə seçki məntəqələrinin yaxınlığında azı üç partlayış, ölkə boyu isə 192 silahlı hadisə, o cümlədən partlayış və terror hücumları qeydə alınıb.

“Bu, Əfqanıstanın dinc əhalisinə əvvəlki dörd seçki ilə müqayisədə yetirilən ən böyük zərərdir”, – sənədə deyilir.

Bildirilir ki, oktyabrın 20-də və sonrakı günlər ərzində ölkə ərazisində 56 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. Bilavasitə seçki günü – oktyabrın 20-də isə 52 nəfər həlak olub, 332 nəfər yaralanıb. Hadisə yerlərində təsadüf edilən 100-dən çox uşaq və 50 qadından 23 uşaq və 2 qadın həlak olub/Report.