XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 07:17

Çanaqqala İrəvandakı saxta genosid tədbirlərini üstələdi

Saxta soyqırımın 100 illiyilə bağlı ermənilərin gözlədiyi nəticə alınmadı. Dünyada yaşayan ermənilərin planlarını pozan başlıca hadisə həmin tarixdə çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsi oldu. Hər iki tədbirin eyni gündə keçirilməsinin önəmli cəhəti isə o oldu ki, dünyanın hansı hadisəyə daha çox önəm verdiyini müşahidə etmək üçün şərait yaratmış oldu. çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə və Azərbaycanda silsilə tədbirlər keçirildi.

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident yardımçısı, 5 baş nazir, 1 eks-prezident, 28 nazir olmaqla 90-a yaxın ölkədən yüksək vəzifəli şəxslər qatılıb.

çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə təşkil olunan rəsmi tədbirdə Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, İngiltərə şahzadəsi çarlz, Əfqanıstan prezidentinin birinci müavini, general Raşid Dostum, İraq prezidenti Fuad Masum, Qətər əmiri Tamim bin Hamad El Sani, Suriya Ulusal Koalisiyası başqanı Halid Hoca, Albaniya dövlət başçısı Bujar Nishani, Bosniya-Herseqovina Dövlət Şurasının sədri Mladen İvaniç, Cibuti prezidenti İsmail ömer Guelleh, çad prezidenti İdris Debi, Cənubi Sudan dövlət rəhbəri Salva Kiir Mayardit, İrlandiya prezidenti Michael D.Higgins, çernoqoriya Prezidenti Filip Vujanoviç, KKTC prezidenti Derviş Eroğlu, Kosovo dövlət başçısı Atifete Yahyaga, Makedoniya prezidenti Gjorge İvanov, Mali dövlət başçısı İbrahim Boubacar Keita, Nigeriya dövlət başçısı Mahamadou Issoufou, Pakistan prezidenti Memnun Hüseyin, Seneqal rəhbəri Macky Sall, Sloveniya dövlət başçısı Borut Pahor, Somali prezidenti Hasan Şeyx Mahmud, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov və onlarla dövlət rəhbəri və dövlət adamları iştirak edib.

Dünya Türkiyədə möhtəşəm çanaqqala tədbirlərinə şahidlik edərkən Ermənistanda qondarma “erməni genosidi”nin 100-cü ildönümü qeyd olunub. Anım mərasimlərində iştirak etmək üçün İrəvana yalnız Rusiya, Fransa, Serbiya və Yunan Kiprinin liderləri gedib.

Türkiyə ilə müqayisədə İrəvəndakı tədbirin sönük geçməsi nə ilə bağlı ola bilər?

Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, builki 24 aprel erməniləri pis vəziyyətə saldı: “Onlar uzun illərdi ki, əsrlik “yubileyə” hazırlaşırdılar. Türkiyə və Azərbaycan prezidentlərinin çanaqqala ideyasını ortaya atması dünya ermənilərinin planını pozmuş oldu. Ermənilər tarixi faktlarla danışmaq istəyirsə, buyursunlar. Dünyada heç kim çanaqqalada öldürülən türk əskərlərini xatirəsinin anılmasında qəbahət görə bilməz. çünki bu, müharibənin doğurduğu acı fəsad kimi təqdim edilir. Tarixdə müharibələr çox olub. Ancaq heç bir ölkə digərini “soyqırım”da yalandan ittiham etməyib. Hazırda dünyada elə dövlətlər var ki, bir vaxtlar müharibə etsələr də, indi müttəfiqdirlər. çanaqqaladakı tədbirdə Osmanlı ilə vuruşan dövlətlərin rəhbərləri də iştirak etdi. Bu, tarixə verilən qərəzsiz qiymətdi. Ermənistanda təşkil edilən tədbirin mahiyyətində isə başqalarına çamur atmaq dururdu. Fərq tədbirlərin mahiyyətilə bağlı olub. Bu səbəbdən də iki tədbirin effektivlik əmsalı arasında kəskin fərq yaşandı”.

Məhəmmədəli QƏRİBLİ