XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 13:02

Ziyad Səmədzadə:“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”   

“Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.

“Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.