XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 09:37

KTMT-nin Baş katibi məsələsi Ermənistan iqtidarı və müxalifətini qarşı-qarşıya qoyub:"Kvotanın itirilməsi uğursuzluğa çevriləcək"

Aram Amatuni

“1in.am”, Ermənistan, 13 noyabr 2018-ci il

 

Sabiq Müdafiə naziri, Ermənistan Respublikaçılar Partiyasının (ERP) seçkiqabağı siyahısına başçılıq edən Viqen Sarqsyan bəyan edib ki, əgər Ermənistan KTMT Baş katibi ilə bağlı öz kvotasını saxlaya bilməsə, bu, onun üçün çox ciddi xarici siyasət uğursuzluğu olacaq.

Viqen Sarqsyanın bu bəyanatı orijinal deyil, çünki bir sıra ekspert və respublikaçılar da belə aksent vurublar. Lakin bununla birlikdə, burada orijinallıq elementləri var, çünki uğursuzluq haqqında məhz Viqen Sarqsyan danışır.

Məsələ ondadır ki, sabiq Müdafiə naziri hələ 2017-ci ildə, özü Müdafiə naziri, Yuri Xaçaturovsa KTMT-nin Baş katibiykən çox diqqətçəkən bir fikir ifadə edib. O deyib ki, Xaçaturov, KTMT-yə üzv dövlətlərin siyasətindən müstəqil olaraq hərəkət edə bilməz. Beləliklə, Ermənistanın bu kvotadan fayda əldə etməsi nəinki birmənalı deyil, əksinə, Ermənistan nümayəndəsi olan Baş katib nə zaman hər hansı bir bəyanat verir, məhz o zaman Azərbaycan qeyd edir ki, o, Ermənistanın nümayəndəsidir. Ona görə də, Viqen Sarqsyan ədalətli olaraq işarə vurub ki, KTMT Baş katibi kvotası yalnız zahiri, görünüşcə uğurdur, lakin birbaşa siyasi baxımdan ondan hissediləcək bir nəticə yoxdur.

Və indi aydın olur ki, Ermənistana heç nə verməyən KTMT Baş katibliyi kvotasının itirilməsi xarici siyasət uğursuzluğuna çevrilə bilər. Əlbəttə, Viqen Sarqsyanın indi nə üçün başqa cür düşündüyü haqda danışmaq artıqdır. Çünki o, artıq məmur, yüksək vəzifəli hakimiyyət nümayəndəsi, Serj Sarkisyanın varisi olmağa namizəd deyil. O, indi müxalifətçidir, özü də, onun sözlərinə görə, yeganə müxalifətçidir.

Lakin digər tərəfdən, məhz KTMT Baş katibliyi vəzifəsilə əlaqədar olaraq tutulan bu mövqe göstərir ki, Viqen Sarqsyan və onunla birlikdə müxalifət statusuna iddia edənlər əslində, ən azı ictimai və dövlət maraqları baxımından, belə mövqe tuta bilməzlər. Çünki Belarus Prezidenti Lukaşenko Azərbaycanın səfirini qəbul etdiyi və onun qarşısında Astanada KTMT-nin yeni Baş katibilə bağlı məsələnin mazakirəsi haqqında hesabat verdiyi zaman Ermənistan müxalifəti, – əgər o, müxalifətdirsə, – hakimiyyətin itirilməsindən doğan “qəmdən” deyil, dövlət maraqlarından çıxış edərək, Azərbaycana hesabat verən lobbiçi Lukaşenkonun yox, Ermənistanın dövlət maraqları mövqeyində durmalıdır. Ermənistanın dövlət maraqları isə bu halda, hər şeyi öz adı ilə adlandırmağı və Ermənistanın kvotası ilə bağlı KTMT-nin və ya onun bəzi üzvlərinin rədd cavabı verməsini Ermənistanın xarici siyasət uğursuzluğu kimi deyil, necə deyərlər, hərbi-siaysi ittifaq kimi KTMT-nin qeyri-qənaətbəxşliyi olaraq təsbit etməyi tələb edir. Onun partiya lideri Serj Sarkisyan bir neçə dəfə buna işarə vurub, lakin açıq mətnlə deməyə cəsarət etməyib.

Və əgər hakimiyyət statusu bu duruma – hər şeyi açıq mətnlə deməməyə haqq qazandırırdısa, müxalifət statusunda əksinə, hər şeyi birbaşa açıq mətnlə deməmək, belə mühüm bir məsələdə Ermənistan hakimiyyətini arqumentləşdirilməmiş şəkildə tənqid etmək və Ermənistana yönəlik sui-qəsdi faktiki olaraq dəstəkləmək, yumşaq desək, qəribədir. Və bunun nə müxalifət anlayışına, nə də oxşar ön şəkilçisi olan digər anlayışlara heç bir aidiyyəti yoxdur.

Tərcümə Strateq.az-ındır