XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2018 - 13:50

XİN:"Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin “rəhbəri” ilə münasibətləri dəstəkləmir"

Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi tanımır və özünü bu rejimin “rəhbəri” adlandıranlarla heç bir münasibəti dəstəkləmir.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyindən separatçı rejimin “rəhbəri”nin bu ölkəyə səfərini şərh edərkən deyiblər.

Məlumatda qeyd olunub: “ATƏT Minsk qrupunun həmsədri olaraq, Fransa dinc və dayanıqlı həll tapmaq üzərində işləyir və vasitəçi missiyasını qərəzsiz icra edir”.