XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 11:19

Eldəniz Quliyev: “Razi Nurullayevin Milli Şurada qalması mümkünsüz idi”

Eldəniz Quliyev: “Razi Nurullayevin Milli Şurada qalması mümkünsüz idi”

“Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə, Nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb. Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq müavini Razi Nurullayevin Milli Şuradan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
O bildirib ki, R. Nurullayevin qurumdan kənarlaşdırılmasında onun “bir ayağı iqtidarda, bir ayağı müxalifətdə olması” ilə izah edib.
Xatırladaq ki, Milli Şuranın sessiyasında R. Nurullayevlə yanaşı, qurumda fəaliyyətini dayandıran KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın bəzi üzvləri qurumdan çıxarılıblar.