XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 16:54

Cəmil Həsənli:"Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır"

Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət fəalları və jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, hazırda həbs altında saxlanılan AXCP sədri Əli Kərimli öz vəkili ilə görüşəcəyi gözlənilir.

Onun sözlərinə görə, Əli Kərimli (və dünən saxlanılmış digər AXCP fəallar) İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələrilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) ittiham olunurlar.

Milli Şura sədrinin sözlərinə görə, Əli Kərimlinin bu gün, noyabrın 18-də işinə məhkəmədə baxılacağı gözlənilir.

“Məlum olan mümkün yollar budur: Əli Kərimli ya azad buraxılmalı, ya cərimə olunmalı və ya inzibati qaydada həbs olunmalıdır”, – Cəmil Həsənli görüşdə bildirib.

Onun sözlərinə görə, qeyd edilmiş maddələrə əsasən, məhkəmə Əli Kərimlinin həbs olunacağı barədə qərar çıxaracaqsa, həmin həbs müddəti 60 gündən çox ola bilməz.

Cəmil Həsənli qeyd edib ki, Əli Kərimlinin həbs olunacağı barədə məhkəmə qərarı çıxarılacaqsa, Milli Şura və AXCP onun müdafiəsini təşkil edəcək: “Biz Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük. Bunun üçün qanun çərçivəsində mümkün olan bütün siyasi, ictimai və hüquq imkanlarından istifadə edəcəyik”.

(Azadlıq radiosu)