XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 18:01

Əli Kərimlinin məhkəməsi baş tutmadı –AXCP sədri və partiya fəalları hakim qarşısına sabah çıxarılacaq

Noyabrın 17-də pols tərəfindən saxlanılan AXCP sədri Əli Kərimlinin və partiya fəallarının məhkəməsi sabah keçiriləcək.

Bu barədə sosial şəbəkədə partiya üzvləri məlumat yayıb.

Qeyd edək ki, bu gün müxalifət fəalları Səbail rayon Məhkəməsinin qarşısına toplaşaraq prosesin keçirilməsini gözləyiblər. Amma açıqlanmayan səbəbdən Əli Kərimli və tərəfdarları hakim qarşısına çıxarılmayıb.

Xatırladaq ki, hadisə ilə bağlı Bakı Şəhər Baş polis İdarəsinin yaydığı məlumatda müxalifət fəalları icazəsiz aksiya keçirməyə cəhddə və asayişi pozmaqda ittiham olunur. Məlumatda deyilir:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

Strateq.az