XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 07:29

Mitinq baş tutacaqmı?

Qabil Hüseynli: “Müxalifət öz varlığını büruzə verməyə cəhd edir”

Картинки по запросу qabil hüseynli

Zərdüşt Əlizadə: “Mitinqə az adam gələcək, çox adam gələcək, bunun mətləbə dəxli yoxdur”

Milli Şuranın mitinq keçirmək qərarının nə dərəcədə optimal və nəticəli ola biləcəyi barədə sualla ekspertlərə müraciət etdik.

Tanınmış politoloq Qabil Hüseynli Strateq.az-a bildirdi ki, “İndiki mərhələdə müxalifət öz varlığını büruzə verməyə cəhd edir və bu da özlüyündə pis təşəbbüs deyil. Lakin hesab edirəm ki, mitinq keçirmək niyyətində olanlar hazırda müxalifət daxilində baş qaldırmış mərkəzdənqaçma proseslərinin qabağını almağa başlamış olsaydılar, həm özlərinə, həm də cəmiyyətə daha çox fayda verərdilər”.

Politoloqun fikrincə, Milli Şuranın keçirəcəyi mitinq sırf simvolik xarakter daşıyacaq: “Müxalifət oturub gözləyir ki, onlardan asılı olmadan cəmiyyətdə gedən proseslərdən dividend götürsün. Yəni müxalifət mübarizə situasiyasını özü diqtə etmək gücündə deyil. Milli Şurada artıq real qüvvə hesab edilə bilməz. Ona görə də onun mitinqinə 500-600 adam yığışsa, ciddi nəticə hesab edilə bilər”.

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, “Mitinq keçirtmək vətəndaşlarımızın konstitusion hüququdur və mitinqçilərin təhlükəsizliyinin qorunması da dövlətin müvafiq qurumlarının borcudur. Mitinqə az adam gələcək, çox adam gələcək, bunun mətləbə dəxli yoxdur”.