XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2018 - 21:54

Səfir Lətif Qəndilovdan ATƏT-in Minsk qrupuna etiraz:"Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı"

“ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır”.

Bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Səfir əlavə edib: “Əlbəttə həmsədrlər artıq neçə ildir ki, münaqişənin həllini axtarırlar. Onlar tərəfindən qətiyyət nümayiş olnmur”.

Səfirin sözlərinə görə, beynəlxalq hüquq prinsipləri – sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyüdür: “Bundan çıxış edərək hərəkət etmək lazımdır. Gözləmək lazım deyil ki, “Özünüz razılaşın, biz isə sizi dəstəkləyəcəyik”. Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı”.

Trend