XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 11:00

Türkiyə limanının direktoru təkzib etdi:“Trabzon limanı Ermənistandan yük avtomobillərini qəbul etmir”

Türkiyənin Trabzon vilayətində dəniz limanı vasitəsilə Ermənistandan gələn yük avtomobillərinin boşaldılması qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə limanın baş direktoru Müzəffər Ermiş bəyan edib. Bildirilib ki, liman rəhbərliyi Türkiyənin Ermənistana münasibətdə siyasətinə sadiqdir: “Ermənistandan gələn yük avtomobillərinin qəbuluna başlamaq və bu ölkə ilə sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhədlərin guya açılması və bunun nəticəsi olaraq Trabzon limanından erməni məhsullarının Avropa ölkələrinə ixracına başlanması barədə məlumatlar getmişdi.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına cavab olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.