XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 14:15

“Biz terrorun bütün forma və təzahürlərini qınayırıq” –Elmar Məmmədyarov

elmar-memmedyarov

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ankarada baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib.

Bunu XİN başçısı Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı açıqlayıb. Azərbaycanlı nazir deyib ki, terrorla bağlı ölkəmizin mövqeyi açıqdır:

"Biz terrorun bütün forma və təzahürlərini qınayırıq. Terror qurbanlarının ailələrinə başsağlığı veririk, yaralananlara isə ən qısa zamanda şəfa tapmağı arzulayırıq"