XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 15:13

ADP terroru lənətlədi,iqtidara çağırış etdi

 

adp

Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyənin paytaxtı Ankara şəhərində törədilmiş və çoxlu insan təlafatı ilə müşahidə olunan terror hadisəsi ilə bağlı bəyanat yayıb.

Strateq.az-a daxil olan bəyanatda Demokrat Partiyası terroru anti-insani və anti-bəşəri hərəkət kimi lənətləyir, Türkiyə Cümhuriyyətinin və Türk xalqının yanında olduğunu bəyan edir:

"Bu terror hadisəsi Türkiyənin istər öz sərhəddi daxilində, istərsə də sərhədləri kənarında apardığı anti-terror əməlyyatlarının haqlı olduğunu bir daha sübut edir". 

ADP terrora maddi-mənəvi və siyasi dəstək verən bütün güclərin terrorizmə dəstək verən güclər kimi tanınmasını vacib hesab edir:

"Partiya terrorizimin qlobal mahiyyət aldığını və dünya ictimayətini, dünyada sülhü və təhlikəsizliyi təhdid edən qlobal cinayətə çevrildiyini nəzərə alaraq, terrorla bağlı beynəlxalq hüquqda imperativ normaların müəyyən edilməsini vacib hesab edir". 

ADP Azərbaycan hakimiyyətini, strateji müttəfiqimiz olan qardaş Türkiyənin anti-terrorla bağlı daxili və xarici siyasətinə hər cür dəstək verməyə çağrır!