XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2018 - 20:16

Politoloq Qabil Hüseynli:“Rusiya Qara dənizin bir hissəsini nəzarət altına almaq istəyir”

“Rusiya Kerç boğazını, Azov dənizini və Qara dənizin bir hissəsini nəzarəti altına almaq istəyir. Bu məqsədlə Hərbi Dəniz Qüvvələrinin Azov dənizinə girişini məhdudlaşdırmağı planlaşdırır. Bu çox ciddi hadisədir”.

Strateq.az bildirir ki, bu sözləri politoloq Qabil Hüseynli Rusiya və Ukrayna arasında yaranmış təhlükəli vəziyyəti  missiya.az-a şərh edərkən bildirib.

Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın addımları beynəlxalq hüquqa ziddir: “Rusiya ordusunun açdığı atəş nəticəsində 6 nəfər Ukrayna dənizçisi yaralanıb. Bəziləri bunu Rusiyanın Ukraynaya müharibə elanı kimi dəyərləndirir. Həmçinin digər iddialara görə, rəsmi Moskvanın bölgədə tam hakimiyyəti ələ keçirmək üçün gərginliyi artırıb. Bu gün BMT-nin Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Məncə bu iclas Rusiyanın xeyirinə olmayacaq. Rusiya təcavüzdə və suveren dövlətin hüquqlarını pozmaqda ittiham olunacaq. Rəsmi Moskvaya sanksiyaların tətbiq edilməsi ehtimal olunur”.

Politoloq Rusiya və Ukrayna arasında aktiv hərbi əməliyyatların  başlaması ehtimalını da dəyərləndirib: “Hələ ki, Ukrayna Rusiya ilə müharibə aparmağa hazır deyil. Qərb ölkələri Ukraynaya lazımi qədər hərbi yardım göstərmir. Amma lazım gəlsə, Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün müharibəyə də başlaya bilər”.

Qabil Hüseynli Azərbaycanın baş verən gərginlikdə hansı mövqedə durmalı olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan BMT-nin Rusiya ilə bağlı qəbul edəcəyi qərarı dəstəkləməlidir.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişə 2014-ci ildə Rusiya cənubunda Krım yarımadasını özünə ilhaq etməsi ilə başlayıb. Həmin vaxtdan etibarən ABŞ və Avropa ölkələri Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir.  Əsas tələb isə Krım yarımadasının yenidən Ukraynaya qaytarılmasıdır.