Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə Mehmet Özhasekinin namizədliyi irəli sürülüb.
“CNNTurk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında açıqlayıb.
Mehmet Özhaseki AKP sədrinin müavini və keçmiş nazirdir.
O, AKP-nin İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd isə Nihat Zeybekçi irəli sürdüklərini deyib. Nihat Zeybekçi 2011-ci ildən millət vəkili seçilib. 2013-2015 və 2016-2018-ci illərdə iqtisadiyyat naziri olub.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, 81 əyalətdən 60-nın bələdiyyə sədrliklərinə namizədlərin adları məlumdur. O, qalan 21 əyalət üzrə namizədlərin adlarını Cənubi Amerikaya səfərdən qayıtdıqdan sonra açıqlayacaq.
Xatırladaq ki, 2019-cu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada “G-20”liyin zirvə toplantısı baş tutacaq/Report.