XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 14:20

Ramin Hacılının həbs müddəti daha bir ay artırılıb –Məhkəmə prosesi

Bu gün Nərimanov Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha bir ay artırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlu saxlanılıb.