XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 15:16

“Bakının məhəllələri regionlardan gələn insanlarla doludur…” –Deputat hökumətə səsləndi

“Ölkədə investisiyaların 80 faizi dövlətin hesabına düşür. Cəmi 20 faiz özəl sektorun inkişafına nail ola bilmərik. Bunun üçün Vergi Məsələsində dəyişikliklərə ehtiyac var”.

Bu sözləri millət vəkili Fazil Mustafa Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili neftin qiymətinin dünya bazarında enməsinə də toxunub: “Neftin qiymətinin enməsinə görə narahat olmalıyıq. Neftin qiyməti 50 dollara düşsə, dövlət büdcəsində 60 dollar məsələsinə yenidən baxılmalıdır”.

F.Mustafa həmçinin ölkədə istehsal müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu deyib: “Bakıda müəssisələrin çoxu satış üçündür. İstehsal üçün müəssisələr yoxdur. Bakının məhəllələri regionlardan gələn insanlarla doludur, əksər bağ evlərində cənubdan gələn insanlar işləyir. Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Bölgələrin boşalmasından imtina etməliyik. Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. İnsanlar Bakıda gecəqonduda yaşamaqdan imtina edib, regiona, öz evlərinə rahatlıqla üz tutmalıdır”.

Teleqraf.com