XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 16:45

David Şahnazaryan:“Paşinyan Ermənistanı Qarabağ məsələsində güzəştlərə hazırlayır”

Nikol Paşinyan Qarabağ məsələsi üzrə güzəştlər hesabına xaricdən legitimlik dəstəyi almağa səy göstərəcək.

Bunu Ermənistan Respublikaçılar Partiyasının proporsional siyahısında yer almış David Şahnazaryan jurnalistlərə bildirib.

Əvvəllər Şahnazaryan və hazırkı baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan müxalifət barrikadalarının eyni tərəfində idilər. Hazırda Şahnazaryan əvvəllər tənqid etdiyi ERP-in siyahısındadır və Paşinyanın ən sərt tənqidçilərindən biridir. Paşinyanın silahdaşı – Qarabağ müharibəsi “veteranı” Sasun Mikaelyanın qalmaqallı bəyanatını şərh edərkən Şahnazaryan ehtimal edib ki, bununla hakimiyyət Qarabağ məsələsində güzəştlər üçün zəmin hazırlayır. Bu halda Mikaelyanın sözləri “torpağın möhkəmliyini yoxlamaq” cəhdidir.

O hesab edir ki, Paşinyan Qarabağ məsələsi üzrə güzəştlər hesabına xaricdən legitimlik dəstəyi almağa səy göstərəcək. “Orduya məqsədyönlü hücumlar, onu gözdən salmaq cəhdləri də elə bu qəbildəndir. Zabitlərin həbsi, hərbçilərə qarşı çoxsaylı cinayət işləri Silahlı Qüvvələrin obrazının qaralanmasına yönəldilib”, – ERP siyahısında yer alan Şahnazaryan qeyd edib.

David Şahnazaryan eyni zamanda hakimiyyəti amnistiya qərarına görə tənqid edib. Xatırladaq ki, həmin qərarla “Sasna Tsrer” silahlı qruplaşmasının üzvləri azadlığa çıxıb və hazırda partiya yaradıblar. Şahnazaryanın fikrincə, bu qrupun üzvlərinin atəş açdığı polis əməkdaşları üçün bundan böyük rəzaləti düşünmək çətindir.

Qeyd edək ki, daha öncə seçkiqabağı mitinqdə Sasun Mikaelyan bildirib ki, apreldə baş vermiş “məxməri inqilab” Qarabağ müharibəsində qazanılmış qələbədən daha vacibdir. Bu çıxışdan sonra Paşinyan etiraf edib ki, ifadə uğursuz formalaşdırılıb və üzr istəməyə hazırdır. (virtualaz.org)