XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 16:45

 “Əgər hakim partiya bu düşüncəsini davam etdirsə, gözlənilməz zərbə ala bilər” –Gürcü ekspertdən seçki proqnozu

“Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasına baxmayaraq, hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvilinin qalib gəlməsi, parlamentin əldə saxlanılması baxımından ciddi əhəmiyyətə malikdir”.

Bunu gürcü politoloq Kaxa Qoqolaşvili deyib.

Ekspertə görə, “Gürcü Arzusu”nun seçkilərdəki məğlubiyyəti, keçmiş prezident Mixail Saakaşvilinin liderlik etdiyi müxalifətə 2020-ci ildə parlament seçkilərini qazanmaq üçün yol açacaq: “Əgər hakim partiya “məğlubedilməz” olduğu düşüncəsini davam etdirsə, gözlənilməz zərbə ala bilər”.

Ekspert Giya Nodiya da hesab edir ki, prezident seçkilərinin 2020-ci ildə keçiriləcək parlament seçkilərində kimin qalib gələcəyini müəyyən etmək üçün xüsusi əhəmiyyətə malikdir: “Qənaətimə görə, bu seçkilərdə qalib gələn tərəf iki ildən sonra parlament seçkilərində qalib gəlmək şanslarını artıracaq”.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

Mübarizə hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili ilə Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedir/Teleqraf.com.