XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 19:03

Azərbaycan nümayəndə heyəti Yerevandadır –Erməni parlamentinin sədri Bakıya uğur arzulayıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının 53-cü plenar iclası 2019-cu ilin iyununda Azərbaycanda keçiriləcək.

Strateq.az  erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatn bu gün Yerevanda keçirilən 52-ci iclasında çıxışı zamanı bəyan edib. İclasda QİDƏT-ə sədrlik rotasiya qaydası ilə Ermənistandan Azərbaycana keçib.

Yerevandakı iclasda iştirak edən Azərbyacan nümayəndə heyətinin rəhbəri E. Quliyev A. Babloyana iclasın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Babloyan plenar iclasda iştirak edən bütün milli nümayəndə heyətlərinə təşəkkür edib və bildirib ki, iclas keçirildiyi günlərdə geniş dairədə olan məsələlər müzakirə olunub.

“Ümid edirəm ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək iclas uğurlu olacaq və QİDƏT çərçivəsində əldə olunmuş proses davam etdiriləcək”,-deyə Babloyan vurğulayıb.