XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 09:19

Gürcüstanın yeni prezidenti:"Rusiya ilə əlaqlələrin yaxşılaşdırılması zamanı deyil"

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

Strateq.az xəbər verir ki, o bu sözləri BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

“Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm”, – deyə Zurabişvili bildirib. Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.

Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim “Gürcüstan arzusu” partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.