XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 15:26

Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində –XİN başçısı görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarovdekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorunölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqlar da qatılıb.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.