Ermənistan dünyanın və Avropanın ən hərbiləşdirlimiş 10 ölkəsindən biridir.
Strateq.az –ın məlumatına görə, bu barədə Bonn Beynəlxalq İnstitutunun hazırladığı 2018-ci il üçün hərbiləşdirməyə dair Qlobal İndeksin məlumatında bildirilir.
“Onluğa” İsrail, Sinqapur, Ermənistan, Kipr, Cənubi Koreya, Rusiya, İordaniya, Bruney və Belarus daxildir. Məruzədə qeyd olunur ki, məhz bu ölkələr öz hərbi ehtiyaclarının ödənilməsi üçün çox böyük resurslar ayırırlar. Hesabatda Gürcüstan 52-ci, Türkiyə 20-ci, İran 22-ci yerdə qərarlaşıb.
Hesabat 155 ölkə üzrə olan informasiyaları əhatə edir.