XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 17:14

Hüquq müdafiəçiləri hökumətə və Avropa İttifaqına müraciət etdilər –Gözlənilən tərəfdaşlıq sazişi ilə bağlı

51 vətəndaş cəmiyyəti fəalı imzalanması gözlənilən sazişlə bağlı Azərbaycan hökuməti və Avropa Birliyinə müraciət edib.Vətəndaş cəmiyyətini fəalları sözügedən sənəddə hüquqi və siyasi islahatların yer almasını istəyirlər.

“Sazişin böyük hissəsini siyasi islahatlar əhatə etməlidir”, – müraciətdə vurğulanır.

Müəlliflər Avropa Birliyi və Azərbaycan arasında əlaqələrin “demokratiya, qanunun aliliyi və yaxşı idarəçilik, insan hüquqlarına və fundamental azadlıqlara hörmət edilməsi kimi birgə öhdəliklərə və prinsiplərə əsaslanmalı olduğunu” qeyd edirlər.

“İnsan hüquqları məsələsinin vacibliyini, xüsusən də siyasi məhbusların azad edilməsi məsələsini nəzərə almaq lazımdır. Bu, Azərbaycan insan hüquqları sahəsində göstəricilərini yaxşıladırmayaçağı halda müqaviləni ratifikasiya etməyəcəyi ilə bağlı aydın mesaj verən Avropa Parlamentinin mövqeyinə də uyğun olar”, – müraciətdə deyilir.

Bakı ilə Brüssel arasındakı danışıqların şəffaflığının, Azərbaycanın vətəndaş cəmiyyəti ilə daimi məsləhətləşmələrin aparılmasının vacibliyi də qeyd edilib.

Müraciət məllifləri hesab edirlər ki, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət göstərməsi üçün bütün hüquqi və siyasi şərtlər yerinə yetirilməli, bütün hüquq və azadlıqlar qanunlarla və praktikada təmin olunmalıdır.

Vəkilləri Vəkillər Kollegiyasından çıxarılmaqdan qoruyan mexanizmlərin işlək hala salınması, nümayəndəlik institutunun bərpa edilməsi məsələsinə də toxunulur.

Müracəti imzalayanlar arasında Arzu Abdullayeva, Sabit Bağırov, Novella Cəfəroğlu, Rəsul Cəfərov, Oqtay Gülalıyev, İntiqam Əliyev, Leyla Əliyeva, Əvəz Həsənov, Emin Hüseynov, Fuad Həsənov, Şəhla İsmayıl, Mirvari Qəhrəmanlı, Anar Məmmədli və başqaları var. (azadlıq.org)