XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2016 - 12:52

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləribirgə bəyanat imzaladı

 

Fevralın 19-da Tbilisidə Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu 5-ci üçtərəfli görüşün nəticələri ilə bağlı Birgə Bəyannamə imzalayıblar.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin önəmi qeyd edilib. Həmçinin Azərbaycanı və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.

Bəyannamənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür http://mfa.gov.az/news/909/3779. 

Flags_Azerbaijan_Turkey_Georgia_090612

Azertag.az