XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 17:10

Vitse-spiker Ziyafət Əsgərov:"Çalışırıq ki, AXC parlamentinin gözəl ənənələrini davam etdirək”

 

 

 

 

 

 

 

 

“Hər bir Azərbaycan deputatı çalışır ki, öz məsuliyyətini dərk etsin. Düzdür, mətbuatda müəyyən yazılar da gedir, deputatların fəaliyyətinə qiymət də verilir, bu da normaldır”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri  Ziyafət Əsgərov “Report”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hüquqi-demokratik dövlətdə yaşayırlar və hər bir insanın, hər bir Azərbaycan vətəndaşının haqqı var ki, Azərbaycan parlamentinin fəaliyyəti haqqında öz fikirlərini desin: “Tənqid də edə bilər, tərifləyə də bilər, xoş söz də deyə bilər, qeyri-xoş söz də. Bu, onun hüququdur. Amma biz çalışırıq ki, Azərbaycanın istər daxili, istər xarici siyasətilə bağlı möhtərəm Prezidentimizin apardığı kursu, Azərbaycanın milli maraqlarını, Azərbaycanın suverenliyini qoruyan işlər görək, prezidentimizə dəstək olaq ki, Azərbaycan daha da inkişşaf etsin, daha da irəli getsin.

Z.Əsgərov bildirib ki, İkinci dəfə dövlət müstəqilliyimizi əldə etdikdən sonra biz artıq üçüncü respublika qurmuşuq, üçüncü respublikanın övladlarıyıq: “Düzdür, mən ikinci respublikada – Azərbaycan SSR-də anadan olmuşam. Amma xoşbəxtlik nəsib oldu ki, üçüncü respublikamızı – 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycanı da gördük. Sözsüz ki, parlamentarizm ənənələri həm birinci, həm də ikinci respublika dövründə Azərbaycanda xeyli inkişaf edib. Amma, əlbəttə ki, müstəqllik elə müstəqllikdir. Müstəqil olmaq, suveren dövlət olmaq, onun Parlamentinin üzvü olmaq böyük bir xöşbəxtlikdir. 

Azərbaycan Cümhuriyyətini quran insanlara Allahdan rəhmət diləyirəm. O dövrün çox gözəl parlamentariləri olub. Sözsüz ki, biz də bir dövlət olaraq, həmin Cümhuriyyətin hüquqi varisiyik və çalışırıq ki, çalışmalıyıq da ki, o dövrdə qoyulmuş gözəl ənənələri davam etdirək”.