XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 10:17

“O qüvvələr çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar” –Ziyafət Əsgərov

“Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklər, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq”.

Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, bütün bu layihələrdə əsas məsələ terrorizmə qarşı mübarizəni daha da gücləndirməkdir: “Burada ümumi bir niyyət var ki, terrorizmə qarşı mübarizədə müvafiq normaları gücləndirək. Bu bir reallıqdır ki, bu gün bütün dünya terrorla təhdid olunur. Ölkəmiz də coğrafi cəhətdən elə yerdə yerləşir ki, bizə qarşı xarici terrorizm təhdid elementləri özünü aydın göstərir. Ölkə daxilində bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycanın daxili sabitliyi yüksək səviyyədədir.

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, hazırkı sürətli inkişafımızı istəməyən mərkəzlər var ki, bu təhdidin də arxasında onlar durur. İndi o qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda imkan düşən kimi terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar. Amma onlar unudurlar ki, Azərbaycanın dövlət təhlükəsizliyi çox etibarlı əllərdədir. Biz də qanunverici orqan olaraq çalışırıq ki, lazım gəldikdə hərbi qanunvericilik aktlarında terrorizmə qarşı mübarizə tədbirlərinin hüquqi bazasını daha da gücləndirək”.