XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 12:55

Siyavuş Novruzov:“Növbədənkənar parlament seçkiləri gözlənilmir”

Son günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.

Bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər. Hətta bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər. Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.

Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov “525-ci qəzet”ə açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib: “Azərbaycanda vaxtından əvvəl – növbədənkənar parlament seçkiləri gözlənilmir. Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək. Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm. Gündəmdə  belə bir məsələ yoxdur”.