XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 18:18

YAP Seçki Məcəlləsinin dəyişdirilməsini təklif edir –“Bələdiyyə sədrləri seçki ilə seçilsin, sayları azaldılsın!”

“Bu gün Azərbaycanda bələdiyyələrin  və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur”.

Strateq.az bildirir ki, bu sözləri 525-ci qəzet”ə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, YAP bələdiyyələrin sayının azaldılmasının təklif edir: “Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır.

S.Novruzov qeyd edib ki, bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirlər: “Eyni zamanda, hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq”.

YAP rəsmisi bələdiyyə seçkilərinin də öz vaxtında keçiriləcəyini, burada hansısa dəyişiklik edilməyəcəyini sözlərinə əlavə edib.