XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 18:32

Qarabağ Komitəsi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi –Səbəb

Qarabağ Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin 15 dekabr mitinqinə verdiyi rədd qərarından 1 saylı İnzibati-İqtisad məhkəməsinə şikayət edib.

Strateq.az bildirir ki, bu haqda Qarabağ Komitəsinin üzvü   Əvəz Zeynallı məlumat verib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Aparatından Mirmahmud Fəttayeva ünvanlanan məktubda deyilir ki,  Qarabağ Komitəsinin dekabrın 15-nə planlaşdırdığı mitinq məqsədəuyğun hesab edilməyib.

İcra hakimiyyətinin cavab məktubunda bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar prezident İlham Əliyev ölkə daxilində və beynəlxaq miqyasda ciddi iş aparır: “Bu istiqamətdə danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə məsələlər KİV-də işıqlandırılır. Bunları nəzərə alaraq 15 dekabrda planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun saymırıq”.