XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 08:03

“Çox təəssüf ki, “Milyarderlər İttifaqı”…” – Deputat parçalanmadan danışdı

“”Milyarderlər İttifaqı” adlanan təşkilat yaranandan sonra Azərbaycan diaspora təşkilatları parçalanmağa və zəifləməyə başlayıb”.

Bu barədə millət vəkili Zahid Oruc Milli Məclisdə son günlər Rusiyadakı Azərbaycan diasporasının fəaliyyətinə törədilən maneələrlə bağlı müzakirələr zamanı belə deyib.
Onun sözlərinə görə, 2013-cü ildə Rusiyada “Milyarderlər ittifaqı” deyilən bir qurumun yaradılması və fəaliyyətinə xitam verilməsindən sonra azərbaycanlıların diaspora təşkilatları arasında qəribə hallar meydana gəlib: “Biz hər zaman istəmişik ki, Rusiyada Azərbaycan diaspora təşkilatları güclü olsun. çox təəssüf ki, “Milyarderlər İttifaqı” adlanan təşkilat yaranandan sonra Azərbaycan diaspora təşkilatları parçalanmağa və zəifləməyə başlayıb.
Nəzərə alaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da mənşəcə ermənidir. Bu fonda Azərbaycanlıların güclü diaspora təşkilatları olarsa, əlbəttə ki, dövlətimiz üçün faydalı olar. Bu da öz növbəsində Rusiyada olan azərbaycanlıların problemlərinin daha yuxarı dairələrə çatdırılmasına kömək etmiş olar. Rusiyada azərbaycan diaspora təşkilatları nə qədər güclü olarsa, bu, bütövlükdə ölkəmiz üçün faydalı olar”.
aznews.az